Tədbirin ilk günü bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniya kimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlər keçirib. Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsi planlaşdırılır.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov öz sosial şəbəkə hesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: "Sibos kimi mötəbər beynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldə etdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki strateji planlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenada nümayiş etdirmək baxımından əhəmiyyətli addımdır.”
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !