"Kapital Bank"a yeni mətbuat katibi təyin olunub

Jurnalist Arzu Əliyeva "Kapital Bank" ASC- yeni mətbuat katibi təyin olunub. Bu barədə o anews.az-a bildirib.
Arzu Əliyeva daha əvvəl Araz Supermarketlər şəbəkəsi - marketinq kommunikasiyaları bölmə rəhbəri, Azad Azərbaycan (ATV) redaktor, Azərbaycan Dövlət Televiziyasında (AzTv) redaktor və Azərbaycan radiosunda redaktor vəzifələrində çalışıb.
Arzu Əliyevaya qədər "Kapital Bank"ın mətbuat xidməti vəzifəsini Pərviz Sədrəddinov icra edib.
Aytac Zeynalova
www.anews.az