Karlskirxa – Vyana barokkosunun mirvarisiReportaj

13:56 | 15.12.2015
Karlskirxa – Vyana barokkosunun mirvarisi – Reportaj

Karlskirxa – Vyana barokkosunun mirvarisiReportaj

 
Rüstəm Qasımov

Bugünkü Vyana səfərimizdə biz sizinlə dünyanın ən möhtəşəm kilsələrindən olan Karlskirkirxaya baş çəkəcəyik. Kilsə Karlsplas meydanında, Rinqştrassedən azca aralıda yerləşir. Şəhərin vizit kartlarından hesab olunan kilsə hər gün 9-dan 18:00-a qədər ziyarətçilərin üzünə açıqdır. Biletin dəyəri 8 avrodur. 
 


Karlskirxanın yaranması tarixi barədə!

Karlskirxanın inşasına 1713-cü ildə başlanılmışdı, həmin dövrdə Vyanada vəba tüğyan edirdi və şəhərin çox sayda sakini qara ölümün pəncəsinə keçmişdi. Bu, Avstriya tarixinin ən qaranlıq dövlərindən biri hesab olunur. Alman dilindən tərcümədə "Karlın Kilsəsi” mənasını verən Karlskirxanı VI Karl öz hamisi müqəddəs Karl Borremeonun şərəfinə, onun vəbanı şəhərdən birdəfəlik yoxa çıxarması üçün inşa etmişdi. Qeyd edək ki, məhz müqəddəs Karl vəbadan xilas edən kimi tanınırdı və insanlar bu xəstəlikdən sağalmaları üçün ona dua edirdilər. 
 


Ən yaxşı layihə uğrunda baş tutan müsabiqədə həmin dövrün ən adlı-sanlı memarları iştirak edirdilər, müsabiqəni qazanan isə saray memarı, saray memarlığı üzrə memar İohann Bernhard Fişer fon Erlax qazandı. Onun 57 yaşı vardı və Şeybrunn, Hofburq manej binası, Praqadakı şahzadə Yevgeni Sovoyski şəhər sarayı kimi şedevrləri o yaratmışdı. Müqəddəs Karl Kilsəsi məşhur memarın sonuncu layihəsi oldu. Təəssüf ki, memar işini tamamlamadan 1723-cü ildə vəfat etdi.
 
Məbədin tikintisini isə onun oğlu İosif Emmanuel davam etdirdi və o, atasının ilkin fikirlərində dəyişikliklərə yol verdi. 24 il davam edən tikinti 1737-ci ildə başa çatdı. 
 


İndi isə gəlin binanın xarici görkəmi, dizaynı barədə danışaq. Karlskirxanın hər iki tərəfdən girişini Troya və Roma sütunlarına bənzər nəhəng sütunlar bəzəyir, bu sütunlarda vəba mövzusu da öz əksini tapıb. 

Binanın yuxarısında isə Romadakı Müqəddəs Pyotr kilsəsinin vizual cəhətdən çox oxşayan firuzəyi günbəz var. 

Məbədi həmçinn çoxsaylı heykəlciklər bəzəyir. 
 


Kilsəyə daxil olanda diqqəti cəlb edən Karlskirxanın maketidir. Həqiqisinin surəti olan bu maket ziyarətçilərə kilsəni hərtərəfli öyrənməyə imkan verir. 

Karlskirxanın interyerində əsas element şübhəsiz ki, baş qurbangahdır, onu cənnətə buludla enən Müqəddəs Karlın təsviri bəzəyir.  

Karlskirxanın girişindəcə orqan qoyulub, o 1847-ci ildə quraşdırılıb, 1989-cu ildə isə yenilənib. Yeri gəlmişkən, Vyana Müqəddəs Karl kilsəsinin musiqi kollektivi "Ensemble 1756” hər cümə günü köhnə alətlərdə Vivaldinin "Dörd fəsil” və digər bəstələrini ifa edirlər. 
 


Antonio Vivaldi həyatının son illərini (1678-1741) məhz Vyanada keçirmişdi. O həmçinin möhtəşəm skripaç sayılırdı və özünün məşhur bəstələrində təbiət hadisələrini, küləyin və quşların səsini ustalıqla musiqiyə çevirə bilməsiylə məşhurlaşmışdı. Belə heyratamiz məkanda Motsartı unutmaq olmazdı, hər şənbə Karlskiraxada 40 musiqiçinin müşayiətiylət Morsartın "Rekviem”i çalınır. Cümə axşamları isə kilsədə "Ave Mariya”nı dinləmək mümkündür.  

Ancaq müqəddəs Karl kilsəsi təkcə özünün orijinal dizaynı ilə deyil, həmçinin XVIII əsrin böyük memarları sayılan İohann-Mixael Rotmayr və Qaytano Fantanın günbəzdə yazdığı yazılarla məşhurdur. Günbəzin 72 metr hündürlükdə olduğunu nəzərə alanda, bu yazıları ancaq binoklla oxumaq mümkün olardı. Ancaq Karlskirxanın ziyarətçiləri şanslıdırlar, kilsədə quraşdırılmış xüsusi liftlərin köməyilə kilsəyə hərtərəfli baxmaq və zövq olmaq olar. 
 


Ən məşhur yazı belədir: "Bakirə Məryəmin dəstəyilə Müqəddəs Karlın himayədarlığı”.

Binanın günbəzindəki xüsusi dəlikdən kilsənin içinə təbii gün işığı düşür, məhz bunun sayəsində gündüz vaxtı kilsənin süni işıqlandırılmasına ehtiyac qalmır. 
 


Liftlə binanın yuxarısına qalxanda günbəzin düz yanına qədər getmək olur və buradan Avstriya paytaxtına ecazkar mənzərə açılır. Təəssüf ki, pəncərələrdəki metal barmaqlıqlar mənzərəni tam görməyə imkan vermir. 

Kilsənin çıxışında isə Karl Borremounun muzeyinə baxmaq olar, o kilsənin cəmi bir otağını tutur. Bura çox böyük yer deyil, cəmi 20 eksponat sərgilənir. 

Beləliklə, müqəddəs Karl kilsəsinə olan ziyarətimiz başa çatır. Ancaq Vyanadakı səyahətimiz hələ davam edəcək...
 

















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM