Kremlin dəstəklədiyi Kirsan İlyumzhinov asanlıqla yenidən Beynəlxalq Şahmat Federasiyasının prezidenti seçildi.19 ildir ki, FİDE-nin prezidenti olan 52 yaşlı İlyumzhinov prezident seçkisində şahmat üzrə keçmiş dünya çempionu, indi isə Rusiya dissidenti Garry Kasparova qalib gəldi.Kasparov İlyumzhinovu seçkidən qabaq seçkinin nəticəsinə təsir etmək cəhdində ittiham edirdi. Eyni ittihamları 2010-cu ildə İlyumzhinovun rəqibi olan keçmiş dünya çempionu Anatoly Karpov da irəli sürürdü.Kasparov deyib ki, “ bu, elə əvvəlcədən ədalətsiz dava oldu”. “İndiki rəhbərlik utanmadan hər fənddən istifadə edirdi”. ANN.Az
***
Şahmat üzrə keçmiş dünya çempionu Garry Kasparov Dünya Şahmat Federasiyası - FİDE-nin prezidentliyinə seçkidə iştirak edir.
FİDE üzvlərinin gizli səsverməsi avqustun 11-də olacaq.
Seçki kampaniyası dövründə bir sıra ölkələrin federasiyalarının bildirdiyinə görə, onların səslərini satın almaq istəyiblər ki, FİDE-nin indiki prezidenti İlyumzhinovu dəstəkləsinlər.
İlyumzhinovu Kreml dəstəkləyir, Kasparov isə Rusiya müxalifətinin təmsilçisidir. O, Putin hakimiyyətini diktatorluq adlandırır.
19 il FİDE prezidenti olan İyumzhinov vaxtilə Səddam Hüseyn və Muammar Gadafi kimi diktatorlarla əlaqələrtinə görə tənqid olunurdu.
ANN.Az