İdman yarışları ilə bağlı Yunanıstanda olan şahmat üzrə keçmiş dünya çempionu Harri Qasparov dövlət başçısı Aleksis Çiprasa xəbərdarlıq yollayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kasparov Yunanıstan prezidenti ilə Rusiya dövlət başçısı Vladimir Putin arasındakı əlaqələrin strateji qeyri-üstünlüklərin ola biləcəyini bildirib: "İstər insan olsun, istər millət olsun, alınan hər qərarın strateji və taktiki hesablamaları var. Yunan hökumətinin Putin rejimi ilə münasibətlərində və əlaqələrin qurulmasında taktiki baxımdan fayda gördüyü aşkardır. Ancaq yadda çıxarmaq olamq ki, belə əlaqələrin strateji qeyri-üstünlükləri də ola bilir. Avropanın bir parçası olan Yunanıstan bu addımları Avropanın birliyini yox etmək istəyən Putinin strateji üstünlük əldə etməsinə səbəb ola bilər".
İdman ustası hazırda Yunanıstan və Avropa Birliyi arasındakı münasibətlərə də toxunub və bildirib ki, razılıq əldə olunmazsa, bu təkcə Yunanıstanın deyil, bütün Avropanın zərərinə ola bilər.
Jurnalistin "Sizcə, Çipras Avropalı ortaqları ilə şahmat oynayır" - sualına cavab olaraq deyib: "Şahmatda da kimsə udmalı, kimsə uduzmalıdır. Amma indiki vəziyyətdə hər kəsin udacağı bir durumun yaranmasını arzu edirəm".
Kasparov Afinada keçirilən şahmat üzrə çempionatda 15 gənc şahmatçı ilə üzləşəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !