Kastrodan məktub: "Yoldaş Çipras"

12:25 | 07.07.2015
Kastrodan məktub:

Kastrodan məktub: "Yoldaş Çipras"

Kubanın keçmiş lideri Fidel Kastro Yunanıstanın baş naziri Aleksis Çiprasa məktubu yollayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kastro baş nazirə ünvanladığı məktubda "zəfər" deyərək adlandırdığı referendum nəticələrinə görə onu təbrik edib. 

Kubalı lider öz məktubunda Yunanıstanı bütün təhlükə və təhdidlər qarşısında qorumağı bacardığı üçün Çiprasa yüksək dəyər verdiyini yazıb. "Yoldaş Çipras" xitab olunan məktubda deyilir: "Böyük zəfərlərinizə görə sizi təbrik edirəm, referendum günü bütün prosesləri izlədim. Yunanıstan kubalılara çox yaxın bir ölkədir. Yunanıstan bizlərə fəlsəfə, elm, sənət, mədəniyyət baxımından çox miras buraxıb. Hətta sənin ölkən bu qarışıq durumunda belə Latın Amerikasına cəsarət dərsi verdi. Xarici təhdidlərə qarşı Yunanıstan öz nüfuzunu və mədəniyyətini qorumağı bacardı. Var olduğumuz siyasi sistemdə dünyamız bir çox nüanslara bağlıdır. Bu mövzularda alınan hər qərar çox yaxşı şəkildə analiz edilməli, diqqətli bir şəkildə uyğulanmalıdır. Yoldaş Çipras, sizı uğurlar arzu edirəm!"

Nuray

   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM