Kazan sammitində Azərbaycanın BRİKS-ə qoşulmaqla bağlı müraciətinə baxıla bilər

15:40 | 21.08.2024
Kazan sammitində Azərbaycanın BRİKS-ə qoşulmaqla bağlı müraciətinə baxıla bilər

Kazan sammitində Azərbaycanın BRİKS-ə qoşulmaqla bağlı müraciətinə baxıla bilər

Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. Bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

"Ola bilsin ki, BRİKS-in 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində Azərbaycanın müraciətinə baxıla və onun assosiasiyaya daxil olması barədə qərar qəbul oluna bilsin”, - rusiyalı senator Telegram kanalında yazıb.

Onun fikrincə, Azərbaycan hazırda demək olar ki, bütün BRİKS üzvü olan ölkələrlə məhsuldar əməkdaşlıq qurub və bundan əlavə, müstəqil xarici siyasət nümayiş etdirir.

Cabarov əmin edir ki, "gec-tez” digər MDB ölkələri də BRİKS-ə qoşulacaqlar.

İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM