Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunu ərazisindən Azərbaycanın Kəlbəcər rayonunu atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
"Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub", - - MüdafiəNAzirliyinin bəyanatında deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 