Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb
Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordunun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək Azərbaycan bölmələrinin yerləşdiyi əraziyə sızmağa cəhd edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Döyüş növbətçiliyi aparan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !