FHN-dən APA-ya verilən məlumata görə, helikopterlə əraziyə baxış keçirilib, baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.
DSX-nın Mətbuat Mərkəzindən isə APA-ya verilən məlumatda bildirilir ki, müzakirələrdə daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.
Məlumatda deyilir ki, dekabrın 4-də baş vermiş yanğınla əlaqədar DSX-nin sərhəd gözətçi gəmiləri və helikopterləri dərhal hadisə yerinə səfərbər edilib və axtarış-xilasetmə işlərinə başlanılıb.
Gündəlik olaraq dənizdə itkin düşmüş işçilərin axtarışı DSX-nin 7 gəmisi və 6 helikopteri tərəfindən FHN-nin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilməkdədir.
Hazırda yanğın baş vermiş özüldən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !