• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Kəmaləddin Heydərovun ailə üzvlərilə bağlı daha bir məhkəmə prosesi - TƏFƏRRÜAT

Kəmaləddin Heydərovun ailə üzvlərilə bağlı daha bir məhkəmə prosesi - TƏFƏRRÜAT
08.04.2021 14:57
"AFB Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) "GP Alpha Greenhouse” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
 
Məhkəmə iclasının bu gün – 8 aprel  tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baş tutacağı bildirilib.

Açıqlanan məlumatda qeyd olunur ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisəyə görə qaldırılıb.

Məlumat üçün bildirək ki, "AFB Bank” ASC-nin səhimlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən "Gilan Holdinq”ə məxsus olub. İki il əvvəl "Gilan Holdinq” bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının  təxminən 70 milyon manat olduğu bildirilib.

Onu da bildirək ki, mətbuatda "AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb. 

Qeyd edək ki, 05.05.2016-ci il tarixində Heydər Əliyev pr. 95 ünvanında dövlət qeydiyyatına alınan "GP Alpha Greenhouse” MMC-nin də "Gilan Holdinq”ə bağlı olduğu bildirilir. "Gilan Holdinq”ə bağlı olan şirkətlərə ev sahibliyi edən "Nərimanov pr, ev 206, m.466” və "Heydər Əliyev pr. 95” ünvanlarında GP adı ilə başlayan bir-neçə şirkət də qeydiyyata alınıb. 

Onu da bildirək ki, bu "AFB Bank”ın Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən şirkətlərə qarşı qaldırdığı ilk məhkəmə iddias deyil. Təxminən bir ay əvvəl "AFB Bank” "Gilan Vegetables” MMC-yə qarşı da məhkəmə iddiası qaldırıb.

Bundan başqa ötən il "AFB Bank” Fövqəladə hallar nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı da məhkəmə iddiası qaldırmışdır. (yeniavaz.com)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol