Keçmiş ABŞ prezidenti Paris terrorunun səbəbini açıqladı

16:25 | 15.01.2015
Keçmiş ABŞ prezidenti Paris terrorunun səbəbini açıqladı

Keçmiş ABŞ prezidenti Paris terrorunun səbəbini açıqladı

ABŞ-ın keçmiş prezidentlərindən biri Cimmi Karter Parisdəki satirik jurnal "Charlie Hebdo" jurnalının redaksiyasına edilən terror aktının səbəbləri arasında Fələstinin işğal altında olmasını göstərib.

ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin Fələstin torpaqlarını işğal altında saxlaması faktına qarşı çıxan C.Karter jurnalistlərə açıqlama verib. O, müxbirlərin "bu cür hücumlar üçün dinin bəhanə edilməsi fikrinə necə baxırsınız" - sualını cavablandırarkən belə deyib: "Bunun səbəblərindən biri Fələstin torpaqlarının işğal altında olmasıdır. Bu qərbi Şeria və Qəzzada yaşayan insanlarla hər hansı formada bağ olanlara təsir edir. Yəni Fələstindəkilərə nə etdilər və buna qədər də nələr edilib? Avropaya yönələn terrorun əsas səbəblərindən biri budur".

C.Karter İsrailin Fələstini işğal etməsinə qarşı çıxdığı çıxışları və siyası baxışı ilə tanınır.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM