ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, baş nazirin özünün qələmə aldığı avtobioqrafik kitab olan "Bunu da demək istəyirəm ki.." tezliklə satışa çıxarılacaq. Kitab hələ satışa çıxarılmadan Almaniyada səs-küy yaradıb. Çünki kitab elə ilk cümlədən baş nazirin etirafı ilə başlayır. O, 68 il evli qaldığı həyat yoldaşı Lokini başqa bir qadınla aldatdığını bildirib.
"Stern" jurnalının xəbərinə görə, H.Şmit münasibətlərin 60-cı illərin sonu, 70-cı illərin əvvəllərində başladığını və həmin qadının ölümünə qədər davam etdiyini etiraf edib. Keçmiş baş nazir qadının 2 il əvvəl öldüyünü və onun dəfn mərasimində iştirak etdiyini də vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !