Keçmiş prezident azadlıqdan məhrum edildi

09:01 | 23.05.2014
Keçmiş prezident azadlıqdan məhrum edildi

Keçmiş prezident azadlıqdan məhrum edildi

Nyu York məhkəməsi Qvatemalanın keçmiş prezidenti Alfonso Portilyo Tayvandan rüşvət aldığına görə 5 il 10 ay həbs cəzasına məhkum olunub.APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, A.Portilyoya həmçinin 2,5 mln dollar məbləğində cərimə tətbiq olunub. Ötən il Qvatemaladan ABŞ-a ekstradisiya edilən Alfonso Portilyo mart ayında qanunsuz yolla əldə etdiyi pulları ABŞ bankları vasitəsi ilə “yumaqda” təqsirini etiraf edib. Qvatemalanın keçmiş prezidenti artıq həbsdə bir neçə il olduğundan, onun azadlığa buraxılmasına 18 ay qalıb.    Alfonso Portilyo 2000-2004-cü illərdə Qvatemalaya rəhbərlik edib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti