Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi

16:19 | 14.02.2024
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi

Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi

2024-cü ilin yanvarında kənd təsərrüfatı məhsulunun ümumi dəyəri 491,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 


Hesabat dövründə ümumi məhsulun 468,5 milyon manatı heyvandarlığın, 22,7% isə bitkiçiliyin payına düşüb. 2023-cü illə müqayisədə heyvndarlıq üzrə 1,2%, bitkiçilik üzrə isə 0,8% artım müşahidə olunub. 

Həmçinin yanvarda ölkə daxilində diri çəkidə 46,3 min ton ət, 160,7 min ton süd, 188,3 milyon ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən ət istehsalı 1,5%, yumurta istehsalı 3,4% artıb, süd istehsalı isə eyni səviyyədə qalıb. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti