Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT

09:05 | 21.04.2014
Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT

Bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyində üç şöbə müdirinin işdən çıxarılması barədə xəbər yayılmışdı. Modern.az saytının məlumatına görə, nazir Heydər Əsədovun əmri ilə həmin vəzifələrdən ikisinə yeni təyinatlar həyata keçirilib.Nazirlikdən əldə olunan məlumata görə, Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsinə Qalib Abduləliyev gətirilib.İqtisadiyyat və maliyyə şöbəsinin müdiri postu isə Mikayıl Nuriyevə həvalə olunub.Qeyd edək ki, bu yaxınlarda Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov, Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM