Kərə yağı bahalaşdı

08:49 | 05.10.2017
Kərə yağı bahalaşdı

Kərə yağı bahalaşdı

"Kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil"

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil:

"Məlumdur ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar istisna olmaqla, ölkədə digər malların qiymətləri azad rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. Kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil.

İdxal kərə yağının qiymətindəki dəyişikliklər idxalçı ölkələrdə qiymətlərin artması ilə əlaqədardır. Rəsmi məlumatlara görə, ölkəyə idxal olunan kərə yağının təxminən 80%-i Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiyanın da daxil olduğu Okeaniyada 1 ton kərə yağı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70%-ə yaxın bahalaşıb. Bundan başqa, qiymətə nəqliyyat xərcləri, gömrük, vergi və rüsumları, məhsulun saxlanılması, ticarət şəbəkəsinə çatdırılması kimi digər xərclər də daxildir”.

Yerli istehsal olan kərə yağına gəldikdə isə A.Əliyev bildirib ki, burada qiymətə təsir edən əsas amil yemin, o cümlədən yonca və kəpəyin qiymətinin bahalaşmasıdır.

"İstehsalda və idxalda azad rəqabət formalaşıb, inhisarçılıqdan danışmaq yersizdir”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti