Kerri bütün dünyanı qınadı

10:13 | 09.05.2014
Kerri bütün dünyanı qınadı

Kerri bütün dünyanı qınadı

ABŞ Xarici İşlər naziri Con Kerri açıqlama verərək bildirib ki, keçən ay Nigeriyada "Boko Haram" qruplaşması tərəfindən 200-dən çox məktəbli qızın qaçırılması hadisəsini dünya ölkələri təkcə qınamamalıdır, eləcə də Nigeriya hökumətinə kömək etməldirilər.   “Axar.az” xəbər verir ki, ABŞ Xarici İşlər naziri Con Kerri Vaşinqtona ilk dəfə gələn Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) rəhbəri Əhməd Əl-Carbanı qəbul edib.   Görüşdən əvvəl Kerri və Carba kameralar qarşısında qısa açıqlama verərkən Kerri nitqinə Nigeriyada "Boko Haram" qruplaşması tərəfindən 200-dən çox məktəbli qızın qaçırılması mövzusu ilə başlayıb.   Nazir bu hadisənin təkcə qınanmasının deyil, Nigeriya kömək edilməsinin lazım olduğunu bildirib.   Kerri bildirib ki, "Boko Haram" qruplaşmasına göz dağı vermək üçün əllərindən gələni edəcəklər: “Hökumətimiz bu qızların ailələrinə qaytarılmasını təmin etmək üçün Nigeriya prezidenti Qudlak Conatan hökuməti ilə iş aparır. Eyni zamanda "Boko Haram" qruplaşmasına göz dağı vermək üçün əlimizdən gələni edəcəyik. Bütün dünya dövlətləri bu rüsvayçılığın bitməsi üçün Nigeriyaya kömək etməlidir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti