ANN.Az xarici ölkə mediasına istinadn xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri "Suriyada müharibəni bitirmək üçün Əsədlə danışıqlar masasına oturmalıyıq" açıqlamasından geri addım atıb. Xarici İşlər Nazirliyi sözçüsü Jen Psaki gündəlik mətbuat konfransında nazir Kerrinin açıqlamasında Əsədi nəzərdə tutmadığını bildirib: "Əsəd rejiminin nümayəndələrinin danışıqlar prosesinin bir parçası olması labüddür. Ancaq bu Əsəd ola bilməz, heç vaxt da Əsəd olmayacaq. Elə nazir Kerri də Əsədin olmayacağını nəzərdə tutub".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !