ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, "Sonluğun sonu” adlanan yeni tamaşanın müəllifi mərhum dramaturq Rövşən Ağayevdir. Psixoloji dram janrında hazırlanmış mono-tamaşanın quruluşçu rejissorları Əməkdar Artist Nofəl Vəliyev və aktrisa Güşvər Şərifovadır. Yeni səhnə əsərinin səhnə tərtibatı Zəminə Elbirə, musiqi tərtibatı İradə Muradovaya, işıq effektləri isə Vadim Kuskova və Rafael Xəlilova aiddir.
Ifaçısı teatrın istedadlı aktrisası Güşvər Şərifova olan tamaşada tənha, qoca və xəstə qadının bir günlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisanın ifasında tamaşaçıya inandırıcı ştrixlərlər, olduqca maraqlı tərzdə çatdırılır.
"Teatrın kiçik səhnəsi özünə güvənən hər bir yaradıcı şəxs üçün daha bir şans, yeni bir səhnə məkanıdır. Teatrın istənilən aktyoru, yaxud rejissoru kiçik səhnədə özünü sınayıb təsdiq edə bilər. Bunun üçün hər bir şəraitimiz var”. Bu fikirləri öz çıxışında teatrın direktoru Əməkdar Artist Mübariz Həmidov söyləyib.
Kiçik səhnə üçün hazırlanan tamaşalar yerli tamaşaçılarla bərabər müxtəlif Beynəlxalq teatr festivalları və teatr yarışmalarında nümayiş etdirilmək üçün nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !