100-cü tamaşa - Fotolar

17:48 | 12.11.2015
100-cü tamaşa - Fotolar

100-cü tamaşa - Fotolar


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı repertuarında olan maraqlı tamaşalardan M.F. Axundzadənin "Hekayəti xırs quldurbasan” komediyasını noyabrın 13-də 100-cü dəfə nümayiş etdirəcək.
 
Qeyd edək ki, tamaşanın ilk premyerası  28.11.2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb oynanılıb.
M.F.Axundzadənin ölməz komediyalarından olan "Hekayəti xırs quldurbasan” tamaşasının quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.
 
Səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edirlər.
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb