• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Kılıçdaroğlu Azərbaycanla bağlı jurnalistin sualına belə cavab verdi - Video

Kılıçdaroğlu Azərbaycanla bağlı  jurnalistin sualına belə cavab verdi - Video
25.05.2023 10:26
CHP sədri prezidentliyə namizəd Kamal Kılıçdaroğlu Türkiyə və Azərbaycan arasındakı əlaqələrə eyni prizmadan baxdığını bildirib. Bu barədə Kılıçdaroğlu türkiyəli jurnalistin "Həyatımın layihəsi” adlandırdığı nəqliyyat layihəsində Azərbaycana yer verməməsi barədə sualına cavab olaraq vurğulayıb.

"Azərbaycanın paytaxtı Bakı ilə İstanbul arasında heç bir fərq yoxdur. Bizim Azərbaycanla olan dostluğumuz, əməkdaşlığımız heç bir partiya baxımından fərqli şəkildə düşünülə bilməz. Mən bu məsələyə necə yanaşıramsa, əminəm ki, digər partiya sədrləri də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə eyni prizmadan baxırlar. Bizim əsas hədəfimiz əlbəttə ki, Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, mərkəzi Türkiyə olan layihəni böyütmək, Türkiyənin türk dövlətləri ilə birgə daha güclü bağlarla birləşdirən iqtisadi infrastruktur yaratmaqdır. Bizim bütün hədəfimiz bundan ibarətdir. İran və Ermənistan arasında münasibətlər bu dəhlizin açılmasını bir qədər çətinləşdirir. Əgər Türkiyə öz gücündən istifadə edərsə və dostluğu bölgədə daha çox təmin edərsə, yaradılacaq dəhlizin həm Türkiyə, İran, Ermənistan və digər türk dövlətlərinə böyük fayda verəcəyini və yaranacaq iqtisadi faydanın bütün ölkələr tərəfindən paylaşılacağını izah edə bilsək, Türkiyə bölgədə daha güclü olacaq. Biz o dəhlizi genişləndirmək və böyütmək məcburiyyətindəyik”,- CHP sədri bildirib.

Ətraflı videodan izləyə bilərsiniz:
 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol