Uşaq evində zorlama hadisəsi

Kasımpaşa uşaq evində sürücü olaraq çalışan Serkan Ç.-nin 13 yaşlı İ.P.-ni cinsi istismara məruz qoyduğu iddia edilir.
ANN.Az Milliyet-ə istinadən xəbər verir ki, hər şey 13 yaşlı İ.P.-nin başına gələnləri uşaq evinin müdirinə danışmasıyla ortaya çıxıb. Valideynləri boşandıqdan sonra 2 bacısıyla birlikdə kimsəsiz uşaqlar evinə verilən 13 yaşlı İ.P.-nin həyatı kabusa dönüb.
Zorakılıq əməlinin prokurorluğa ötürülməsinin ardından ifadə verən İ.P. yurdda baxdıqları pişiyi axtarmaq üçün zirzəmiyə endiyini və arxasınca gələn sürücü Serkan Ç.-nin onu sürüyərək qazanxanaya apardığını söyləyib. Serkan Ç. mühərriki qoşduğu üçün səs-küydən kömək çağırışının eşidilmədiyini deyən İ.P.: "Əvvəl də məni tualetdə sıxışdıraraq təcavüz etdi.
Ancaq hər dəfə qorxduğum üçün heç kimə deyə bilmirdim", - ifadəsini verib.
Prokurorun təlimatıyla təhlükəsizlik kamerası qeydləri izlənilib. Azyaşlı qız Ədliyyə Tibb Mərkəzində müayinədən keçirilib. Serkan Ç. isə həbs olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər