• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Kirayə mənzillər ucuzlaşıb - Bakıda

Kirayə mənzillər ucuzlaşıb - Bakıda
12.08.2014 09:44
«MBA Ltd» qiymətləndirmə və konsaltinq şirkəti hesabat açıqlayıb Ötən ay kirayə mənzil bazarında qiymətlər 10,5 faiz ucuzlaşıb. Bu haqda "MBA Ltd" qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu məlumat verib. Məlumatda bildirilir ki, kirayə mənzil bazarında aktivliyin azalması nəticəsində qiymətlər 775 dollardan 693 dollara qədər enib. Bazarda əməliyyatların sayı isə 170-dən 1,76 faiz artaraq 174 ədəd təşkil edib. ANN.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, ötən ay tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı 17,5 faiz azalaraq 18,5 faiz, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə 28,6 faiz artaraq 40.4 faiz olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq 19 faiz azalaraq 41 faiz təşkil edib.Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.2014-cü ilin iyul ayında kirayə mənzil bazarında təklifin həcmi 4,3 faiz azalaraq 178 mənzil təşkil edib. Konsaltinqin mütəxəssislərinin məlumatına görə, təklif portfelində azalmanın əsas səbəbi əksər mənzil sahiblərinin mənzilin uzunmüddətli kirayə verilməsi üçün tələbə mövsümünü gözləməsi ilə izah edilir. Ay ərzində, xüsusən də, təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub.Eyni zamanda 2014-cü ilin iyul ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alındığı vurğulanır. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000 dollardan  yuxarı olan mənzillərin 80-85 faizi mərkəzi rayonlarda, yəni I və II zonalarda təklif edilib. Qalan 15-20 faizin mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib. Təklif portfelinin strukturunda uyğun dəyişiklik otaq sayında da müşahidə edilib.Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.Ay ərzində zonalar üzrə də qiymətlər fərqli formalaşıb.I zona - 5.3 faiz bahalaşıbII zona - 0.2 faiz bahalaşıbIII zona- 14.4 azalıbIV zona- 0.4 bahalaşıb.Şəhər üzrə - 0.7 bahalaşıb Ötən ay "kütləvi" yaşayış mənzillərindən fərqli olaraq "biznes" və "elit" mənzillərin kirayə qiymətlərində ötən aya nisbətdə qiymətlərdə azalma qeydə alınıb. Bunun başlıca səbəbi təklif olunan mənzillərin sahəsinin azalması və yaz-yay aylarındakı mövsümi zəiflik ilə bağlıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol