Kiyev martın 23-ü səhər Rusiya hərbçiləri tərəfindən artilleriya atəşinə tutulub. Bu barədə Kiyev şəhər administrasiyası məlumat yayıb.
Svyatoşinski rayonunda ticarət mərkəzi, fərdi evlər və çoxmərtəbəli binalar atəşə tutulub. Nəticədə yanğın baş verib. Yanğın söndürülüb, itki yoxdur.
Şevçenkovski rayonunda atışmalardan sonra bir neçə fərdi yaşayış evi və hündürmərtəbəli bina yanıb. Ən azı dörd nəfər yaralanıb.
Kiyev merinin müavini Mikola Povoroznik zədələnmiş binaların fotolarını dərc edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !