Kiyevdə mitinqçilərə atəş açmaq əmrini Viktor Yanukoviç verib

12:24 | 03.04.2014
Kiyevdə mitinqçilərə atəş açmaq əmrini Viktor Yanukoviç verib

Kiyevdə mitinqçilərə atəş açmaq əmrini Viktor Yanukoviç verib

 Fevralın 20-də Kiyevdə mitinqçilərə atəş açmaq əmrini öz administrasiyası, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti vasitəsilə prezident Viktor Yanukoviç verib.APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş prokuroru Oleq Maxnitski bəyan edib. Baş Prokurorluqdan bildiriblər ki, mitinqçilərə qarşı “Berkut” xüsusi təyinatlılarının atəş açdığı istintaqın gedişində sübuta yetirilib. Müəyyən edilib ki, “Ukraina” mehmanxanasından meydandakı insanlara SKS (“samozaryadnıy karabin Simonova”) tipli snayper tüfəngindən atəş açılıb. Artıq cinayətdə şübhəli bilinən Kiyev “Berkut”unun 9 əməkdaşı həbs edilib. Daha 4 şübhəli axtarılır. Baş prokuror O. Maxnitski insanlara atəş açanların “Berkut”un “qara rota” adlandırılan xüsusi rotası olduğunu söyləyib. İstintaq davam edir.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM