Mayın 30-da bir neçə yüz nəfər Kiyevdə Ukrayna Milli Opera Teatrının binası qarşısında piket keçirib. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, onlar Rusiya dirijoru və skripkaçısı Vladimir Spivakovun başçılığı altında “Moskva virtuozları” orkestrinin konsertinin ləğvini tələb ediblər. Etiraz aksiyasının iştirakçıları Krımın işğalı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə dəstək məktubunu imzalayanlardan birinin Kiyevdə konsert verməsindən hiddətləniblər. Etirazçılar Ukrayna Milli Operası rəhbərliyinin də işdən çıxarılmasını tələb ediblər. Bu konsert iyunu 19-a təyin olunub. Xatırladaq ki, Rusiya Krımı işğal etdikdən sonra Rusiyanın bir qrup incəsənət və mədəniyyət xadimi Vladimir Putinə dəstək məktubu ünvanlamışdı. Onların arasında Vladimir Spivakovun da adı var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !