Kiyevin mərkəzində aksiya keçirmək qadağan edildi

09:59 | 01.12.2013
Kiyevin mərkəzində aksiya keçirmək qadağan edildi

Kiyevin mərkəzində aksiya keçirmək qadağan edildi

Kiyev rayon məhkəməsi Ukraynada aksiyalarla bağlı qərarını verib. ANS PRESS-in məlumatına görə, məhkəmə dekabrın 1-dən gələn il yanvarın 7-dək şəhərin mərkəzində kütləvi etiraz aksiyaları keçirməyi qadağan edib. 

Vəkil Yevqeniya Zakrevskayanın sözlərinə görə, məhkəmə Kiyev şəhər admnistrasiyasının iddiasını tama təmin edib. 

Qeyd edək ki, daha öncə meriyanın ancaq prezident admnistrasiyası,parlamnet və hökumət idarəsi, daxili işlər nazirliyi yerləşən küçələrdə aksiyaların qadağan edilməsi eüçün məhkəməyə müraciət etdiyi bildirilirdi. 

Şəhər adminstrasiyası Avropa meydanı və azadlıq meydanında da aksiyaları qadağan edilməsini istəyirdi. 

Lakin, səhər saatlarının olmasına baxmayaraq avrointeqrasiya tərəfdarları Avropa meydanından qovulandan sonra gəldikləri Kiyevin mərkəzindəki Mixaylovski meydanını tərk etməyiblər. Burada ötən gün çıxış edən müxalifət partiyası "Batkivşina"nın rəhbəri Arseni Yatsenyuk bazar günü Taras Şevçenkonun heykəlinin ətrafında toplaşıb və böyük heyətlərlə Azadlıq meydanına gedəcəklərini bildirmişdi. 

İnsanlar bura isti əşyalar gətirməyə, qaynar çay və qida paylamağa davam edirlər. Hələlik ərazidə sakitçilikdir və heç bir insident qeydə alınmayıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti