Kılıçdaroğlu istefa xəbərini təkzib etdi

17:10 | 31.03.2014
Kılıçdaroğlu istefa xəbərini təkzib etdi

Kılıçdaroğlu istefa xəbərini təkzib etdi

CHP lideri Kamal Kılıçdaroğlu istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP lideri hurriyyet.com-a açıqlamasında xəbərlərin yanlış olduğunu bildirib: “Bunlar tamamən yanlış məlumatlardır. Müzakirə mövzusu belə deyil”.Eyni zamanda seçkinin ilkin nəticələrini də dəyərləndirən Kılıçdaroğlu bildirib ki, lazım olan dəyərləndirmələr ediləcək, yanlışlar və doğrular ortaya qoyulacaq: “Ancaq əldə olunan nəticəni uğursuzluq kimi dəyərləndirmək doğru deyil.  Əsas məsələ bir-birimizi başa düşməkdədir. AKP-lilər bizə qulaq tıxadı, nə dediyimizi belə eşitmədilər. Bu anlamda ortada bir demokratiya krizi var. Bir-birimizi dinləməkdən dolayı yaranmış bir qavrayış var.  O kütlələr bizi necə dinləyə bilər. Bunu dəyərləndirməmiz lazımdır. Biz isə onları dinlədiyimizi düşünürük.  Baş naziri sabahdan axşama qədər dinləyirik. Seçicini də qulaqlarımızı açaraq dinləyirik. Amma anlaşılan odur ki, onları birdən-birə razı salmaq olmur. Bunun zaman alacağını düşünürəm”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti