Yurgen Klinsmann Cənubi Koreya yığmasının baş məşqçisi təyin olunub.
Bu barədə Cənubi Koreya Futbol Assisiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
Almaniyalı mütəxəssis Asiya təmsilçisi ilə 3,5 il müddətinə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək komandaya başçılıq edəcək. Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşayacaq.
Bu postda portuqaliyalı Paulu Bentunu əvəzləyən Klinsmannın debütü martın 24-də Ulsanda Kolumbiya millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !