Almaniya millisinin hücumçusu Miroslav Kloze yığmadakı karyerasını başa vurub.
Qol.Az-ın məlumatına görə, bu barədə 36 yaşlı futbolçunun özü Almaniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
"Milli komandadan ayrılmaq üçün bundan yaxşı vaxt ola bilməzdi" deyə Kloze bildirib.
"DÇ-2014"də vurduğu iki qolla mundiallar tarixinin ən məhsuldar futbolçusu (16 qol) adını qazanan Kloze ümumilikdə Almaniya millisində keçirdiyi 137 oyunda 71 dəfə rəqib qapılarına yol tapıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !