Kolumbiya və Yaponiya 1/8 finalda

20:56 | 28.06.2018
Kolumbiya və Yaponiya 1/8 finalda

Kolumbiya və Yaponiya 1/8 finalda

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur.
Oxu.Az xəbər verir ki, yerli vaxtla 18.00-da "H” qrupunun son oyunları keçirilib.
"Volqoqrad” arenada Yaponiya yığması qrupun autsayderi olan Polşa milli komandası ilə qarşılaşıb. Oyun 0:1 hesabı ilə polşalıların xeyrinə başa çatıb.
Qollar: Bednarek (60-cı dəq.)
Samaranın "Kosmos” arenasında isə Seneqal təmsilçiləri Kolumbiya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda qalib tərəf Kolumbiya millisi olub. Oyun 0:1 hesabı ilə başa çatıb.
Qollar: Mina (74-cü dəq)
Beləcə yekun nəticələrə görə "H” qrupundan Kolumbiya altı xalla birinci, Yaponiya isə dörd xalla ikinci yerdə çıxıb. Komandaların 1/8 finaldakı rəqibləri 22-00-da başlayacaq "G” qrupunun oyunlarından sonra məlum olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM