İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla UFC 229 turniri çərçivəsində keçirilən döyüşü analiz edib.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini "Instagram” hesabında yayıb.
Makqreqor deyib ki, döyüşün birinci raundunda rusiyalı üstün olub, çünki o, rəqibinə nisbətən daha uyğun mövqedə olub, ancaq irlandiyalıya tutarlı zərbə vura bilməyib.
"İkinci raundda o, sağ əli ilə zərbə vurmayanadək, məndən qaçırdı. Bu, bütün raundu və döyüşü dəyişdirdi. Əla zərbə idi”, - irlandiyalı etiraf edib.
Makqreqor bəyan edib ki, hazırlıq zamanı Nurməhəmmədovun ayaqüstü döyüşünə diqqət yetirməyib, daha çox mübarizəyə və qorunmaya üstünlük verib.
İkinci raundu o, karyerasının ən pis raundu adlandırıb, ancaq qeyd edib ki, buna baxmayaraq, üçüncü raundda qalib gələ bilərdi. Son raunda Makqreqor "ciddi səhvə” yol verib və kürəyini Nurməhəmmədova verib, bundan sonra rusiyalı ağrıdıcı fəndlə rəqibini təslim olmağa məcbur edib.
Makqreqor bildirib ki, əgər cavab görüşü olmasa, növbəti rəqibi ilə döyüşəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !