Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul olunub - Yenilənib

12:49 | 27.06.2024
Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul olunub - Yenilənib

Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul olunub - Yenilənib

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar qərar qəbul edib. Bu barədə Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul olunub. 
 
" "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir", qərarda deyilir.
 
Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
 
****
Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

İclasda parlamentin 2024-cü il 21 iyun tarixli "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

Toplantıda aidiyyəti üzrə tərəflər iştirak edir.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

İyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM