Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

13:15 | 17.03.2016
Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verilir

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi müzakirəyə çıxırılıb.

"Report”un xəbərinə görə, layihənin müəllifi Rəfael Cəbrayılov deyib ki, layihədə Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsi nəzərdə tutulub: "Azərbaycanda insan hüquq və azadlıqları prioritet məsələdir. Bəzən dövlətlərarası orqanların qərarları ikili standartlar əsasında olur, ölkəmizin maraqlarına uyğun gəlmir. Burada söhbət Azərbaycanın hansısa beynəlxalq öhdələyinin imtinasından getmir. Həmin qərarların Azərbaycanın konstitusiyasına uyğunluğundan söhbət gedir. 

Bir daha qeyd edirəm ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərə əməl edir. Belə bir qanun layihəsinin qəbul edilməsi digər ölkələr üçün də nümunə ola bilər”.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM