“Koroğlu” gəzintisi - FOTOLAR

15:56 | 07.01.2015
“Koroğlu” gəzintisi - FOTOLAR

“Koroğlu” gəzintisi - FOTOLAR

Rüstəm Qasımov

Azərbaycanın hər bir şəhəri və regionu yalnız ona aid olan və onun individuallığını müəyyənləşdirən, özünəməxsus xüsusiyyətlərə və cizgilərə malikdir. Bura ölkəmizin ayrı-ayrı yaşayış məntəqələrinin spesifikasını əks etdirən şəhərlərinin simvollarını da aid etmək olar. Bəzən onlar markalara çevrilirlər, bu və ya digər regionun vizit kartı olurlar.
 
 
 
 
 
 
 
Bu gün sizin diqqətinizə öz gözəlliyinə və orijinallığına görə fərqlənən, Azərbaycanın şimal regionunda yerləşən parkını təqdim etmək istəyirik. Yay tətilləri zamanı, paytaxtımızın sakinləri, Nabrana istirahət etməyə yola düşərkən, açıq səma altında yerləşən bu diqqətçəkən guşəni görməzdən gələ bilməzlər. Yol boyunca şəhərin orijinal bəzəyinin yaradılması ideyası kifayət qədər uğurlu idi. Axı parkın ərazisində çayxanalar fəaliyyət göstərir, yay vaxtı axşam saatlarında burada ətirli samovar çayından həzz alan çoxlu sayda adamlar olur.
 
 
 
 
 
Buradan keçərkən "Xaçmaz" Azərbaycanın Əfsanələr Paytaxtı, 2013"" yazısı və girişdəki böyük samovar görsənir. Narıncı rəngli nəhəng samovar öz böyüklüyü ilə təəccüb doğurur. Sonra sağdakı şərq üslubunda tikilmiş istehkamlar diqqəti cəlb edir. Bu arxitektura quruluşu həm keçmişin ruhunu daşıyır, həm də şəhər infrastrukturunun əsl bəzəyidir.
 
 
 
 
Bu yolun sol tərəfində isə heyvanat parkı yerləşir. Səhv eşitmədiniz. Bu, açıq səma altında əsl heyvanat parkıdır. Yalnız bir istisna var ki, heyvanlar burada kifayət qədər cazibədar görünən gözəl heykəltəraşlıq nümunələrini təşkil edirlər. Heyvanxana kifayət qədər müxtəlifdir. Burada ayılar, marallar, bəbirlər, inəklər, ördəklər, tısbağalar, hətta məşhur çizgi filminin sevimli qəhrəmanı Şrek də gözə dəyir. Bu personaj uşaqlar arasında xüsusilə məşhurdur, uşaqlar valideynlərindən onunla şəkil çəkdirməyi xahiş edirlər.
 
 
 
 
 
Parkdakı dəvə heykəlləri və bzilərinin üstündəki çaparlar daha çox Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas ticarət arteriyası olan Böyük İpək Yolunda yerləşməsini xatırladır və bu sonsuz ticarət karvanında əsas nüvələrdən biri olduğunu vurğulayır. Parkda apardığımız müşahidələrə əsasən deyə bilərik ki, turistlər eksponatlarla şəkil çəkdirməyi çox xoşlayırlar.
 
 
 
 
 
 
Amma parkın əsas görməli yeri şübhəsiz ki, Azərbaycan xalqının mübariz qəhrəmanı Koroğlunun heykəlidir. Onun heykəli bu parkın mərkəzi hissəsində qoyulub. Koroğlu əlində qılınc və Qıratının belində.

Abidəyə baxarkən elə təəssürat yaranır ki, sanki Koroğlu keçmişdən XXI əsrə düşüb.

ANN.Az
 
 
 


















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb