Koronavirus pandemiyası yoxa çıxmayıb - Aleksandr Ginzburq

16:39 | 02.02.2024
Koronavirus pandemiyası yoxa çıxmayıb -  Aleksandr Ginzburq

Koronavirus pandemiyası yoxa çıxmayıb - Aleksandr Ginzburq

COVID-19 pandemiyası davam edir, xəstəliyin törədicisi yoxa çıxmayıb. Bunu Rusiya Səhiyyə Nazirliyinin Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib. 
 
"Bu pandemiya hazırda davam edir. Yoluxma sayında artım müşahidə edilir", - Rusiya mətbuatı direktora istinadan yazıb. 

Azərbaycanda koronavirusla bağlı xüsusi karantin rejimi oktaybrın 2-dən yanvarın 2-dək uzadılıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM