• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Koronavirus xəstələri Bakı küçələrində gəzir

Koronavirus xəstələri Bakı küçələrində gəzir
26.03.2021 14:46
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bakı şəhər sakinləri 26 yaşlı E.Talıbov və 57 yaşlı E.Quluzadə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
17:45
COVİD-19-un yeni ştammı təhlükəli deyil - TƏBİB
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya 10:58
Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
14:57
Azərbaycanda Omikronun yeni ştammına yoluxma aşkarlanmayıb- NAZİRLİK
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
İqtisadiyyat 13:41
İran yenə Azərbaycanı Ermənistana görə qınadı
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Dünya 16:12
Rusiyada koronavirusun yeni variantları aşkar edilib
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
16:46
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Cəmiyyət 12:59
Azərbaycanda karantin yenidən tətbiq ediləcəkmi?
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
Cəmiyyət 18:52
Azərbaycanda COVİD-19-a yoluxanların sayı artıb, ölən var
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Cəmiyyət 17:08
MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol