Koronavirus xəstələrinə xidmət edən tibb işçiləri maaşlarına əlavə alacaq

17:25 | 22.10.2024
Koronavirus xəstələrinə xidmət edən tibb işçiləri maaşlarına əlavə alacaq

Koronavirus xəstələrinə xidmət edən tibb işçiləri maaşlarına əlavə alacaq

Koronavirusla bağlı xəstələrə xidmət edən tibb işçilərinin maaşlarına verilən əlavənin müddəti növbəti dəfə uzadılıb. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. 
 
Belə ki, bu kateqroiyadan olan xəstələrə xidmət edən tibb işçiləri 2025-ci ilin yanvarına kimi maaşlarına əlavə ödəniş ala biləcək. 
 
Azərbaycanda xüsusi karantin rejimi yanvarın 1-nə kimi uzadılıb. 
 
Hazırda karantin qaydalarında yalnız quru sərəhədlərin bağlı qalması daxildir. 
 
Ölkə Prezidenti bir neçə gün öncə Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycanda quru sərhədlərin bağlı olması ölkəni bir çox böyük fəalkətlərdən qoruyub. 
 
Koronavirus pandemiyasının yenidən yayılması məsələsi son zamanların aktual mövzudur. Bir çox alimlər hesab edir ki, koronavirusun yeni növü bir neçə aya sürətlə bütün dünyaya yayılacaq. Hazırda Azərbaycanda koronavirusun omirkon ştampı mövcuddur. 
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM