Anews.az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Böyük Britaniyada qeydə alınıb.
Məlumata görə, Emili Ouen intihardan bir neçə gün əvvəl karantinin koronavirusdan daha çox insan ölümünə səbəb olacağını deyib. Tanışlarının sözlərinə görə, ətrafda hər şeyin qapanması, planların ləğv olunması qız üçün ağır olub.
Emilinin ailəsinin sözlərinə görə, qız təcrid olunanların psixi vəziyyəti barədə narahatlıq hissləri keçirirmiş.
Qeyd edək ki, Böyük Britaniyada 8 mindən artıq insan koronavirusa yoluxub, bunlardan 400 nəfəri ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !