Koronavirusdan qazanan ölkələrin adları açıqlandı - SİYAHI

11:17 | 29.04.2020
Koronavirusdan qazanan ölkələrin adları açıqlandı - SİYAHI

Koronavirusdan qazanan ölkələrin adları açıqlandı - SİYAHI

Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya koronavirusla mübarizədə qalib gələn ölkələrdən oldu.

Yeniavaz.com xəbər verir ki, bu barədə CNBC-nin sorğusuna qatılan mütəxəssislər danışıblar.

Bildirilib ki, bu dövlətlərin üçü də tez bir zamanda koronavirusa qalib gəldilər və bu da iqtisadiyyatın bərpasına, müəssisə və təşkilatların işini bərpa etməyə kömək etdi.

Nəticədə investorlar üçün daha cəlbedici oldu, bu da sözügedən ölkələrin valyutalarının möhkəmlənməsinə gətirib çıxartdı.

Hər üç dövlətin əsas ticarət tərəfdaşlarından biri olan Çinin artıq tədricən məhdudiyyətləri qaldırması da bu ölkələrin iqtisadiyyatı bərpa etməsində mühüm rol oynadı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb