• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Koronavirusun adi qripdən fərqi nədir?

Koronavirusun adi qripdən fərqi nədir?
12.07.2020 12:03
Ehtiyatda olan həkim, 10 il profilaktik tibb sahəsində çalışmış, immun gücləndirici məhsullar Azad Qəhrəmanov koronovirusla mübarizə üçün bildiklərini sosial şəbəkələrdə paylaşıb.Maraqlı olacağını nəzərə alıb həmin paylşımı təqdim edirik:
"Son həftələrdə COVİD-19 a yoluxmuş 10-a yaxın dost-tanışla, həmçinin xəstələrlə işləyən həkim dostlarla ətraflı söhbət eləmişəm və eləcə də yenilikləri də çalışıram daim izləyim.
Birincisi COVİD-19 un adi QRİP-dən fərqi nədir?
1) Adi qripdən daha yoluxucudur. Yoluxma ehtimalı yüksəkdir.
2) Daha təhlükəlidir. Adi qripdə də pnevmoniya (sətəlcəm) ağırlaşmaları olur. Lakin COVİD-19 bu cəhətdən daha aqressivdir, daha çox adamda və daha ağır şəkildə ağciyər iltihabı yarada bilir. Təngnəfəslik və ən ağır halda isə boğulma.
Bəs necə mübarizə aparmalıyıq, özümüzü necə qorumalıyıq?
Milli.Az gencaile.az-a istinadən bildirir ki, birincisi anlamalıyıq ki bu xəstəlik bizim immun sistemimizlə COVİD-19 adlanan virusun mübarizəsində formalaşır. Yəni xəstə ilə ünsiyyətdə olmuşuqsa 100% xəstələnəcəyik deyə bir şey yoxdur. İmmunitetimiz güc gəlirsə xəstələnmirik və ya xəstəliyi əlamətsiz, çox yüngül formada keçiririk. Bəzən heç xəbərimiz də olmur.
Virus çox olursa və immunitetə qalib gəlirsə xəstəlik inkişaf edir. Və hara qədər inkişaf edəcəyi, nə qədər ağırlaşma olacağı, yenə orqanizmimizin immun gücündən və özümüzün orqanizmimizə verdiyimiz dəstəkdən (qidalanma, istirahət, vitaminlər, dərmanlar) asılıdır.
Deməli koronovirus xəstəliyinin inkişaf üçün birincisi immunitet zəifləməli, ikincisi isə orqanizmə çox miqdarda virus düşməlidir. İmmunitet çox zəifdirsə az miqdarda virus belə xəstəlik yaratmaq üçün yetərlidir.
Hələlik koronanın məlum olan ən güclü dərmanı bizim öz daxilimizdədir!
Bu bizim immun hüceyrələrimizdir. Qan analizi verəndə çıxan uzun siyahının əksəriyyəti sizin immun hüceyrələrinizi göstərir. Bax o immun hüceyrələrin bir qisminin işi elə orqanizmə düşən virusları tutub məhv etmək, hətta həzm etməkdir (yeməkdir). Avstraliyalı alimlər müəyyən ediblər ki konkret 4 növ immun hüceyrəmiz koronovirusla mübarizə aparır.
Bizim virus əleyhinə olan immun hüceyrələrimiz virus öldürməkdən həzz alırlar. Sadəcə onların bu işi yaxşı görmələri üçün birincisi sayları yetərincə olmalıdır. Orqanizm yaxşı işləyirsə, sağlamdırsa hər gün onları istehsal edə bilir. İkincisi orqanizmdə onların sərbəst hərəkət edə bilməsi üçün yaxşı şərait olmalıdır. Bədənimizdə turşu - qələvi balansı yaxşı olmalıdır, maye yetərincə olmalıdır. Məsələn davamlı olaraq çox şirniyyat yeyəndə orqanizmdə turşuluq artdığı üçün immun hüceyrələr passivləşirlər, hərəkət etmirlər. Su az içənlərdə də, fiziki cəhətdən passiv insanlarda da maye dövranı (qan, limfa, hüceyrəarası maye) zəif olduğu üçün immmun hüceyrələri "döyüş" yerlərinə vaxtında çata bilmirlər. Nəticədə virus hüceyrələrə daxil olur, artıb çoxalır.
Deməli özümüzü koronavirusdan qorumaq üçün 2 iş görməliyik. Bu iki işi doğru şəkildə etsək pandemiya bizdən və yaxınlarımızdan yan keçəcək:
1) İmmunitetimizi gücləndirməliyik. İmmunitetimiz güclü olarsa o bədənə daxil olan virusları çevik şəkildə məhv edər. Buna görə də təcili şəkildə immuniteti gücləndirən tədbirlər görməli. İmmuniteti aşağı salacaq səhlənkarlıqları isə etməməliyik. İmmuniteti nə gücləndirir:
A)  Yaxşı yuxu. Ən azı 7-8 saat.
B) Bol vitamin, mineral. Meyvə - tərəvəz, bal, zəncəfil, limon. Əlavə olaraq da vitamin kompleksləri qəbul edə bilərsiz. Adətən vitamin artıqlığı olmur. Ondan qorxmayın. Bal, zəncəfil, limon da öz yerində.
C) Bol su içmək. Bura hörmətli bitkilərin dəmləməlirini də əlavə edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Cəmiyyət 14:15
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Deputat:Azərbaycan media məkanında islahatlara hazırlaşır
Cəmiyyət 13:49
Deputat:Azərbaycan media məkanında islahatlara hazırlaşır
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
Cəmiyyət 13:27
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini
Cəmiyyət 13:25
İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini
Sabah yağış yağacaq, külək güclənəcək
Cəmiyyət 13:18
Sabah yağış yağacaq, külək güclənəcək
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Cəmiyyət 13:00
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Cəmiyyət 12:40
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Cəmiyyət 12:28
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 11:36
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol