NASA-nın 9 il əvvəl kosmosa buraxdığı "New Horizons" gəmisi bu gün haqqında çox az məlumat olan ən kiçik planet Plutona yaxınlaşır. Beləliklə də, ilk dəfə olaraq bu planetin ən yaxın fotoları Yer Kürəsinə göndəriləcək.
ANN.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, artıq "New Horizons" planetə 1,6 milyon kilometr yaxınlığındadır. Nüvə yanacağı ilə çalışan "New Horizons" gəmisi adi kosmonavt gəmilərindən 100 dəfə daha sürətli hərəkət edir. Bu səbəbdən gəminin dəqiqliklə şəkillər çəkmək, elmi məlumatlar toplamaq üçün vaxtı az olacaq. "New Horizons" missiyasının rəhbəri Alan Stern ən yaxşı və dəqiq görüntülərin cümə axşamı əldə olacağını deyib. O, kosmik gəminin irəlilədikcə 16 ay boyunca daha görüntülü və dəqiq fotoların göndəriləcəyini qeyd edib.
Yer Kürəsi ilə Pluton arasındakı məsafə 5 milyard kilometrdir. Bu səbəbdən göndərilən siqnalların dünyaya çatması saatlarla vaxt tələb edir. "New Horizons"un hazırda dayandığı nötqə adi zamanla ölçülmür. Elm adamları "New Horizons"a proqram və əmrlərin daha əvvəldən yükləndiyini, hazırda heç bir yüklənmə və əmr göndərməyin mümkün olmadığını qeyd ediblər.
Alimlər "New Horizons" və Pluton "görüşünü" kosmik kəşf tarixində xüsusi gün kimi qəbul edirlər. Plutonun daha yaxından görüntülənməsi ilə Günəş Sistemindəki bütün 9 planetlə bağlı kəşfiyyat xarakterli araşdırma sona çatacaq
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !