Kral Salmanın Fransa sərgüzəşti davam edir

21:14 | 30.07.2015
Kral Salmanın Fransa sərgüzəşti davam edir

Kral Salmanın Fransa sərgüzəşti davam edir

Səudiyyə Ərəbistanın kralı Salmanın Fransa sürprizləri davam edir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kral Salman Fransanın Miendole sahilində yerləşən villasında tətilə çıxıb. Onunla bərabər 1000 nəfər ərəb Fransaya təşrif gətirib. 1000 nəfərin 300-ü kralla birlikdə villada qalır, digə 700 nəfər isə yaxınlıqdakı otellərə yerləşdirilib.

Bunda əvvəl kralın villasından dəniz sahilinə çıxan ərazinin hasarlanması, eyni zamanda villadan cimərliyə lift inşa edilməsi yerli əhalinin narazılığına səbəb olmuşdu, hətta həmin ərazinin bələdiyyə sədri prezident Ollanda bununla bağlı şikayət etmişdi.

Amma indi başqa problem ortaya çıxıb. Fransa qəzetlərinin yaydığı xəbərə görə, kralın mühafizəçiləri qadın Fransa polisinin əraziyə gəlməməsini tələb ediblər. Bu məsələyə artıq Fransa Parlamenti qarışıb. Qatı sağçı Beynəlxalq Cəbhə Kral Salmanın tətilinin bitməsini tələb edib, eyni zamanda Respublikaçılar Partiyasından olan deputat Nadinə Morano "Salman Səudiyyə Ərəbistanının kralıdır, yoxsa, Fransanın" - deyərək sərt çıxış edib. 

Amma bütün bunlara baxmayaraq, kral Salmanın avrustun axırına qədər Fransada qalacağı bildirilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM