Kramatorskda ölənlərin sayı artıb - VİDEO

18:45 | 08.04.2022
Kramatorskda  ölənlərin sayı artıb - VİDEO

Kramatorskda ölənlərin sayı artıb - VİDEO

Kramatorskda dəmiryol vağzalına raket hücumu nəticəsində ölənlərin sayı 50-ə çatıb.Bunu  Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Öz telegram kanalında 5-i uşaq olmaqla 50 nəfərin öldüyünü bildirən Kirilenko, yaralananlardan 12-nin xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyini yazıb. 

"Rusiya işğalçı qüvvələrinin Kramatorsk dəmir yolu stansiyasına "Toçka-U” ballistik raketi atması nəticəsində çoxlu zərərçəkən var. Hazırda 98 nəfər xəstəxanalara çatdırılıb. Digər zərərçəkənlərə bir-iki gün ərzində tibbi yardım ediləcəyini gözləyirik. Bu səbəbdən ölənlərin sayı dəyişə bilər",  - Kirilenko bildirib. 

Kirilenkonun sözlərinə görə, tibb müəssisələrinə çatdırılan 98 yaralıdan 16-ı uşaq, 46-ı qadın və 36-ı kişidir. 
 
Hadisə yerindən video materialı diqqətinizə təqdim edirik:

 

 
 
N.Təbrizli
Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM