Regionlara
kredit qoyuluşunun həcmində azalma olsa da, regionların
kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi
artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran
iqtisadi rayonunda (542 milyon manat) qeydə alınıb. Ölkə iqtisadiyyatına
cəmi kredit qoyuluşunun 11 688 milyon manat və ya 84,2 faizi Bakı
şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3 faiz
təşkil etdiyi halda, Bakı şəhərində 9,9 faiz olub.
Məlum məsələdir
ki, son iki ildə ölkənin hər yerində olduğu kimi regionlarda da
iqtisadi aktivlik aşağı düşüb. İqtisadi aktivliyin aşağı olması, həm də
tələbatın aşağı olmasıdır. Birinci devalvasiyadan sonra banka borclu
əhali hələ də aldığı kreditin problemləri ilə məşğuldur. Bir sözlə,
keçmiş kreditlərin bağlanması problemi ölkə əhalisinin kabusuna
çevrilib. Digər tərəfdən, bankların özünün kreditvermə potensialı da
aşağı düşüb. Banklar istənilən şəxsə kredit vermir, kredit şərtləri də
kifayət qədər ağırdır. Bundan əlavə banklar manatla kredit verməkdə də
maraqlı deyillər.
Demək olar ki, ölkənin maliyyə sabitliyinə etibar azalıb.Azərbaycanda iqtisadi aktivlik aybaay zəifləyir. Bunu Azərbaycan
Mərkəzi Bankının (AMB) açıqladığı hesabatlardan da görmək olar. Bankın
təqdim etdiyi məlumatlardan məlum olur ki, xüsusən də regionlarda
kreditləşmənin çəkisi azalıb. Avqust ayına olan məlumata əsasən,
regionların kreditləşməsi illik 19,8 faiz azalaraq cari ilin iyulun 1-nə
2 194 milyon manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit
qoyuluşunun 15,8 faizi regionların payına düşüb.
Regionlara
kredit qoyuluşunun həcmində azalma olsa da, regionların
kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi
artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran
iqtisadi rayonunda (542 milyon manat) qeydə alınıb. Ölkə iqtisadiyyatına
cəmi kredit qoyuluşunun 11 688 milyon manat və ya 84,2 faizi Bakı
şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3 faiz
təşkil etdiyi halda, Bakı şəhərində 9,9 faiz olub.
Demək olar ki, ölkənin maliyyə sabitliyinə etibar azalıb.
İqtisadçı-ekspert
Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadi aktivliyin və
ölkədə əhalinin gəlirlərinin azalması kreditlərə marağı da azaldıb: "Ümumiyyətlə,
regionlarda kreditlərin verilməsi həmişə problemli olub. Hətta neftin
baha vaxtı və ölkədəki iqtisadi vəziyyətin yaxşı olduğu dövrlərdə belə
regionlar həmişə Bakıdan geri qalıb. İndiki vəziyyətdə paytaxta nisbətən
regionlara kreditləşmənin azalmasının əsas səbəbi regionlarda daşınmaz
əmlakın qiymətinin çox aşağı olmasıdır. Daşınmaz əmlakın qiyməti aşağı
olduğu üçün girov məsələsi də həll olunmamış qalır. Bunlara paralel
olaraq bank faizlərinin həddindən artıq çox yüksək olmasıdır. Gündəlik
tələbatları ödəmək üçün istehlak kreditləri 30 faiz, biznes kreditləri
isə 20-25 faiz civarındadır. Bu kredit faizləri və ağır şərtlər nə iş
adamlarına, nə fərdi sahibkarlara, nə də sadə vətəndaşlara sərf edir.
Çünki geri qayıtması problemli olan kreditlərin həcmi artdığı üçün
banklar kreditləşmə məsələsinə daha ciddi yanaşırlar və daha ağır
şərtlər qoyurlar. Belə yüksək faizlərlə kredit götürüb hansı işi qurmaq
olar? Regionlarda iqtisadi aktivliyin və gəlirlilik səviyyəsinin aşağı
olduğu danılmaz faktdır. Bunu nəzərə alsaq 20-25 faizlə kredit götürən
sahibkar və ya iş adamı hansı bizneslə məşğul olmalıdır ki, həm vergini
ödəsin, həm özü gəlir əldə etsin, həm yeni iş yerləri yaratsın, həm də
kreditlərini bağlasın? Bu, çox çətin məsələdir. Ona görə də regionlarda
kreditləşmə Bakıya nisbətən daha sürətli azalıb”.

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !