Kreml Ermənistandan cavab gözləyir

16:41 | 23.02.2024
Kreml Ermənistandan cavab gözləyir

Kreml Ermənistandan cavab gözləyir

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Ermənistanla təmaslara başlamaq niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəbəri Dmitri Peskov "Zvezda” telekanalının müxbirlərinə müsahibəsində bildirib.

Rusiya prezidentinin nümayəndəsi qeyd edib ki, İrəvan hələlik KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı hər hansı rəsmi addım atmayıb. İndiyədək Ermənistan tərəfi yalnız müvafiq bəyanatlarla çıxış edib. Rəsmi  Moskva məsələnin nın təfərrüatlarını xarici həmkarları ilə müzakirə etməyi gözləyir.

"Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. Burada təfərrüatları başa düşmək çox vacibdir və ümid edirik ki,  erməni dostlarımız bizə hər şeyi izah edəcək”, - Peskov vurğulayıb.

Fevralın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan "France24” telekanalına müsahibəsində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırdığını açıqlayıb. Onun sözlərinə görə, KTMT respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Daha sonra təşkilat üzvlüyün dayandırılması ilə bağlı İrəvandan heç bir rəsmi bildiriş almadığını bildirib. Bununla bağlı KTMT katibliyi təklif edib ki, Ermənistan hökumət başçısının bəyanatları strukturun yalnız bəzi tədbirlərində iştirakdan imtina etmək deməkdir.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanan sülh müqaviləsinin əleyhinə çıxış etdiyini də bildirib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti