Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri dünyanın qaynar nöqtələrindəki sülhməramlı əməliyyatlara hazır olmalıdırlar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin Baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, hazırda bütün istiqamətlərdə vəziyyət ağırlaşıb:
"Artıq dünyanın bir çox qaynar nöqtələrində elə bir vəziyyət yaranıb ki, oraya sülhməramlıların tətbiqi mütləqdir. Ona görə də KTMT-nin sülhməramlı qüvvələrinin praktiki olaraq hərbi məqsədi mümkün əməliyyatlara hazırlıqlı olmağıdır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !