Mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Nikol Paşinyanın açıqlamaları ilə razı deyil və Rusiya Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynamağı planlaşdırır.
Prezidentin sözçüsü onu da əlavə edib ki, hazırda Rusiyada Ermənistandan çox erməni vətəndaşları yaşayır.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Arzu Nagiyev bildirir ki, Nikol Paşinyan dəfələrlə öz çıxışında Rusiyanın həm Qarabağda olan sülhməramlı qüvvələrinin, həm də Ermənistanda yerləşən hərbi bazanın birmənalı şəkildə guya Ermənistanın təhlükəsizliyinə olan təhdidin qarşısını almamaqda günahlandırır.
"44 günlük müharibədə də Rusiyanın hərbi kontingentinin bu proseslərə müdaxilə etməməsini, dəfələrlə ölçməməsini öz çıxışında deyib. Bundan başqa son vaxtlar verilən bəyanatlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olan Rusiyanın sərhəddə baş verən münaqişələrə, ermənilərin törətdiyi təxribatlara birmənalı şəkildə reaksiya verməməsini və bunun günahının məhs Rusiyan tərəfdə olmasını bəyan edir. Dəfələrlə erməni tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olmasını bəhanə edərək, sərhəddə müxtəlif təxribatlar törədirlər və çalışırlar ki, Rusiya qoşunları bu məsələyə müdaxilə etsinlər. Rusiya başa düşür ki, regionda ata biləcəyi hər hansı bir hərbi addım digər dövlətin daxili işinə qarışmaqdır. Buna görə də, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitrinin verdiyi açıqlama sırf Ermənistan ərazisində olan hərbi kontingentə aiddir. Məlumdur ki, NATO və Rusiyanın bu gün ki gərginliyi pik nöqtəsindədir. Həmin sərhədlərdən biri də məhz Türkiyə Ermənistan sərhəddir. Düşünürəm ki, orda olan baza, hərbi hava qüvvələri və Rusiya sülhməramlılarının missiyası tam başqadır. Sülhməramlılar sülh müqaviləsi imzalandıqdan sonra sülhün bərqərar olandan sonra müvafiq sənədə uyğun olaraq əraziləri tərk etməlidirlər",-deputat bildirib.
Siyasi məsələlər üzrə politoloq Tural İsmayılovun sözlərinə görə, Ermənistan hakimiyyətinin "Soroscu" və antirusiya mövqeyində olmağı bəlli olan bir məsələdir.
"Tarixdə ilk dəfədir ki, Rusiya Ermənistanda bu qədər razılaşmadığı mövqeylərini bəyənmədiyi hakimiyyətlə dialoq aparır, ancaq istənilən halda Nikol Paşinyanın iki üzlü olmağı da Rusiya üçün bəlli olan bir məsələdir. Hazırda Ermənistan hakimiyyəti ilə Rusiya arasındakı siyasi çarxlar gün keçdikcə daha da dərinləşəcək və bu gün Paşinyanın Fransa ilə yaxın əlaqələri Avropa İttifaqının mülki müşahidə missiyası adı altında qərb casus şəbəkələrini Ermənistan sərhədlərinə gətirib doldurmağı Rusiya tərəfindən qəbul edilməz bir proses kimi dəyərləndirilir. Ermənistan Rusiya münasibətlərinin korlanmağından dolayı bu gün ki Ermənistan hakimiyyətinin Ermənistanın içərisindən Rusiya yönümlü qüvvələri tərəfindən ciddi şəkildə tənqid edilir. Əlbəttəki Rusiyanın Ermənistana təzyiq imkanları kifayət qədər çoxdur. Məsələn Rusiya istədiyi vaxt milyonlarla Ermənistan vətəndaşını Rusiyadan qova bilər və yaxud hərbi bazası ilə təsir edə bilər. Rusiya sülhməramlıları təbii ki, 5 il tamamlandıqda əraziləri tərk edəcəklər. Amma bu Ermənistanin hansısa bir siyasi riyakarlığı və dönüklüyü Rusiyaya qarşı çıxdığına görə olmayacaq. Bu ərazilər Azərbaycan əraziləridir",- Ismayılov vurğulayıb.
Sentyabrın 2-də İtaliyanın "La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın özünün tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.
Daha sonra Rusiyanın diplomatik mənbəsi TASS-a bildirib ki, bu məqsədə çatmaq üçün Ermənistandan vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə çıxarmağa cəhd edilir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !