Ukraynanın Krım Muxtar Respublikasını işğal etdikdən sonra Kreml orada öz hakimiyyətini möhkəmləndirməkdədir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bundan sonra Simferopolda Ukrayna dilli gimnaziyanın 4 sinifdən üçündə dərslər rus dilində keçiriləcək.
Rusiyanın təyin etdiyi yerli, uyğun qurumun təmsilçisi bildirib ki, şagirdlərin valideynlərinin 86 faizi “övladlarının rus dilində təhsil almasını arzu edib”.
Məktəbin Valideyn komitəsinin sədri, krımlı jurnalist Valentina Samar isə “BBC”-yə deyib ki, tədris dilinin dəyişdirilməsi ilə bağlı sorğuya valideynlərin 3-də biri səs verib.
Mənbə xatırladıb ki, bu ilin aprelində Ukrayna gimnaziyasının direktoru Natalya Redenko Rusiyanın təyin etdiyi məmurlar tərəfindən təzyiqlərə məruz qalaraq, işdən çıxarılıb.
ANN.Az